Hakerlərdən müflisedici HƏMLƏ: 415 milyon dollar oğurlandı

Hakerlərdən müflisedici HƏMLƏ: 415 milyon dollar oğurlandı

Publika.az bu barədə CNBC şirkətin hüquqşünasları və məsləhətçilərinin hesabatına istinadla xəbər verir.

Onların sözlərinə görə, beynəlxalq FTX.com şirkətindən 323 milyon dollar, onun Amerika bölməsindən daha 90 milyon dollar oğurlanıb.

“Alameda Research Hedcinq” fondundan 2 milyon dollar çıxarılıb.

CNBC-nin məlumatına görə, bu kriptovalyutanın bərpa edilməli olan likvid aktivlərinin məbləği 5,5 milyard dollardır. Bu məbləğə FTX-nin təsisçisi Sam Bankman-Freed-in Baham adalarında yüz milyonlarla dollar dəyərində qiymətləndirilən əmlakı daxildir.

Daha əvvəl “Alameda Research”in keçmiş rəhbəri Caroline Ellison, firmanın çökmüş FTX kriptovalyuta birjasından borc götürdüyü məbləğlə bağlı investorları aldatdığını və bunu Bankman-Freed ilə əlbir olaraq etdiyini etiraf edib.

11 noyabr 2022-ci ildə FTX kriptovalyuta birjası müflis olduğunu elan edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 8 =