Əl-Qaidə ilə əlaqəli qrup onlarla Somali hərbçisini öldürdü

Əl-Qaidə ilə əlaqəli qrup onlarla Somali hərbçisini öldürdü

Publika.az xəbər verir ki, terrorçular Moqadişonun altmış kilometrliyində yerləşən hökumət qoşunlarına hücum ediblər. Hücum kamikadzenin partlayıcı ilə doldurulmuş avtomobildə özünü partlatması ilə başlayıb.

Məlumata görə, hücum zamanı altmış təhlükəsizlik işçisi həlak olub, silah və texnika yaraqlıların əlinə keçib.

Somalinin Müdafiə Nazirliyi hərbi hissənin ərazisinə soxulmağa cəhd edən iyirmi terrorçunun məhv edildiyini açıqlayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 2 =