Tibetdə qar uçqununda 8 nəfər ölüb

Çinin qərbindəki Tibet Muxtar Rayonunda (TMR) avtomobil tunelinin
yaxınlığında qar uçqunu nəticəsində azı 8 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi məlumat
yayıb.
Agentliyin qeyd etdiyi kimi, hadisə Nyinqçi şəhəri yaxınlığında (TMR-nin cənub-şərqində) baş verib. Xilasetmə əməliyyatlarını həyata keçirmək
üçün 250-yə yaxın insan və 70-dən çox texnika səfərbər edilib.
Yerli administrasiya ikinci dərəcəli hadisələrin qarşısını almaq üçün tədbirlər görüb. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.
Report.az