Yəməndə mina partlaması nəticəsində 4 nəfər ölüb

Yəməndə mina partlaması nəticəsində 4 nəfər ölüb

Yəmənin Minalardan Təmizlənməsinə Nəzarət Mərkəzi cümə axşamı gecəsi Səudiyyə koalisiyasının Səədə və Əl-Hədidə bölgələrinə hücumu zamanından qalan minaların partlaması nəticəsində 4 mülki şəxsin həlak olduğunu bildirib.

Əl-Məsirə-nin məlumatına görə, Yəmənin Minalardan Təmizlənməsinə Nəzarət Mərkəzi Səudiyyə koalisiyasının Səada və Hudeydə əyalətlərinə hücumu zamanından qalan minaların partlaması nəticəsində son bir neçə saat ərzində 4 mülki vətəndaşın həlak olduğunu açıqlayıb.

Bundan əvvəl Yəmənin Minalardan Təmizlənməsinə Nəzarət Mərkəzi məlumat vermişdi ki, ötən il (2022) bu ölkədə mina və kasetli bombalarının partlaması nəticəsində 734 nəfər həlak olub və yaralanıb.

Həmçinin bu mərkəz bildirib ki, yeni il Səudiyyə koalisiyasının Yəmənə təcavüzündən qalan yeni minaların canlar alması ilə başlayıb.

Sözügedən mərkəzi Səudiyyə koalisiyasının bomba və mina qalıqları ilə çirklənmiş əraziləri təmizləmək üçün lazım olan cihaz və avadanlıqların ölkəyə girişinin qarşısını aldığını və bunun da qurbanların sayının artmasına səbəb olduğunu açıqlamışdı.

Qey edək ki, Birləşmiş Millətlər Təşkilatı bu əməliyyat üçün lazım olan avadanlığın təmin edilməsində heç bir yardım göstərməyib.

Səudiyyə Ərəbistanı BƏƏ də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın dəstəyi və yaşıl işığı ilə 6 aprel 2015-ci ildən bu ölkənin istefa vermiş və fərari prezidenti Əbdi Rəbbih Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı kütləvi hücumlara başladı. Ölkəni qurudan, hava və sudan mühasirəyə aldı.

Lakin Səudiyyə koalisiyası Yəmən xalqı və silahlı qüvvələrinin cəsarətli müqaviməti və xüsusi raket və pilotsuz təyyarə əməliyyatları nəticəsində bu məqsədlərə nail ola bilmədi və sonda atəşkəsi qəbul etməyə məcbur oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 4 =