Qərbi Qüdsdə bir sionist mühacir yaralanıb

Qərbi Qüdsdə bir sionist mühacir yaralanıb

Qərbi Qüdsdə işğal əleyhinə keçirilən nümayişdə bir sionist yaralanıb.

Fələstin İnformasiya Mərkəzinə istinadən bildirilir ki, ivrit dilli mənbələr Qərbi Qüdsdə bir sionist mühacirin soyuq silahla hücuma məruz qaldığını və yaralandığını elan ediblər.

Bu mənbələr hücumun motivinin hazırda bəlli olmadığını deyib.

Fələstin torpaqlarında işğalın davam etdiyi bir vaxtda sionistlərə qarşı hücumların sayı da artıb. Keçən həftə bir fələstinlinin soyuq silahla hücumu nəticəsində bir sionist mühacir yaralanıb və sionist əsgərlər ona atəş açaraq öldürüblər.

Əməliyyat Hebron yaxınlığındakı Hafət Yəhuda qəsəbəsində baş tutub və xəbərlərə görə, bu sionist boğazından bıçaqlanıb.

Sionist Ordu Radiosu bu sionistin vəziyyətini orta təhlükəli adlandırıb və sionist qüvvələrin gənc fələstinlini güllələməsinə işarə edib.

Həmçinin bu gün Şahab News internet saytı təcili xəbərdə Qəzzə zolağında Fələstin müqavimətinin yeni raket sınağı barədə məlumat yayıb.

Məlumatda müqavimətin dənizə doğru bir neçə raket atdığı deyilir. Həmçinin, ivrit dilli mənbələr sionist ordusunun Qəzzə zolağının sərhəd bölgəsində döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.

Digər tərəfdən, sionist rejimin 14-cü kanalı sionist qüvvələrin cümə axşamı səhər tezdən Cənin düşərgəsinə hücumundan sonra iki nəfərin şəhadəti və bir neçə nəfərin yaralandığını bildirib. Bu cinayətə qarşı müqavimətin reaksiyasından qorxuya düşən qüvvələrin Qəzzə zolağının sərhəd bölgəsində hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

2023-cü ilin əvvəlindən yanvarın ilk 19 günündə İordan çayının qərb sahilində 17 fələstinli İsrail əsgərləri tərəfindən öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + fifteen =