Rusiya İranla münasibətləri hərtərəfli inkişaf etdirmək əzmindədir
Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Əmir Abdullahiyan ilə görüşündə ölkənin İran İslam Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slotski ilə görüşüb.
O, tranzit, investisiya və enerji sahələrində də daxil olmaqla, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsini, iki ölkənin iş adamlarının fəaliyyətinin asanlaşdırılmasına təkid edib.
Əmir Abdullahiyan iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, ikitərəfli münasibətlər, regional və beynəlxalq forumlarda əməkdaşlığı konstruktiv olaraq qiymətləndirib.
Rusiya Dumasının sədrinin Tehrana səfərini əlaqələndirmək və iki ölkə arasında parlament əməkdaşlığı üzrə Ali Komissiyanın iclasını keçirmək məqsədilə Tehrana səfər edən Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Sluotski iki ölkə arasında xüsusilə iqtisadi sahədə əlaqələrin yüksələn tendensiyasını da müsbət qiymətləndirib. Həmçinin, ölkəsinin İranla əlaqələri hərtərəfli inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.