ABŞ Almaniyadan 12 milyard tələb edir: Dövlət katibi vəzifəsini itirə bilər

ABŞ Almaniyadan 12 milyard tələb edir: Dövlət katibi vəzifəsini itirə bilər

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ Almaniya üçün CH-47F Chinook Block 2 helikopterlərinin qiymətini iki dəfə artırıb.

Bildirilir ki, Vaşinqton sözügedən helikopterlər üçün Almaniyadan altı milyard əvəzinə 12 milyard avro ödəməyi tələb edir.

Amerika tərəfi bunu inflyasiya ilə əlaqələndirib.

Məlumata görə, ilk helikopterlərin Almaniyaya 2026-cı ildə gətirilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, qiymət artımı Almaniyanın yeni müdafiə naziri Boris Pistoriusu çətin vəziyyətə sala bilər. Hətta silahlanma, informasiya texnologiyaları və planlaşdırma üzrə dövlət katibi Benedikt Zimmerin vəzifəsini itirə biləcəyi də ehtimal olunur.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + seventeen =