Suriya ilə İordaniya sərhədində təhlükəli İŞİD lideri öldürülüb

Suriya ilə İordaniya sərhədində təhlükəli İŞİD lideri öldürülüb

Bu gün xəbər mənbələri İŞİD terror qruplaşmasının təhlükəli lideri və onun silahdaşlarının Suriyanın İordaniya ilə sərhədi yaxınlığında həlak olması barədə məlumat yayıb.

İRNA-nın məlumatına görə, Suriyanın Dəra vilayətində Suriya təhlükəsizlik mənbəsi Sputnik xəbər agentliyinə deyib: Suriyanın bir qrup təhlükəsizlik qüvvəsi Dəra vilayətinin qərb rifindəki Əl-Muzəyrib qəsəbəsinin şimal məhəlləsində təhlükəli bir İŞİD liderini və onun iki mütəfiqini öldürməyə müvəffəq olub.

Bu təhlükəsizlik mənbəsi əlavə edib: Bu əməliyyatda İŞİD-in sağ qalmış liderlərindən biri olan “Əbu Ömər” ləqəbli Məhəmmədəli Əş-Şağuri də öldürülüb. Bu şəxs Dəra əyalətinin qərb rifində terror əməliyyatları və hücumlara görə məsuliyyət daşıyırdı.

Bu əməliyyatda Əş-Şağurinin iki silahdaşı Əhməd Xalid Əl-Misri və Muhsin Zeytavi öldürülüb, çoxlu sayda silah və sursat ələ keçirilib.

Əl-Muzəyrib şəhəri Suriyanın şimal-qərbindəki Dəra əyalətində və İordaniya ilə sərhəddən 3 kilometr aralıda yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − thirteen =