Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv etdi -Son dəqiqə

Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv etdi -Son dəqiqə

Türkiyə hakimiyyəti İsveçin müdafiə naziri Paul Consonun yanvarın 27-də Türkiyəyə planlaşdırılan səfərini ləğv edib.

Publika.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

“Hazırda İsveçin müdafiə naziri Consonun yanvarın 27-də Türkiyəyə səfəri mənasızdır. Ona görə də, biz səfəri ləğv etdik”, – deyə “Anadolu” agentliyi Hulusi Akarın sözlərindən sitat gətirir.

Agentlik qeyd edir ki, Ankaranın terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarları Türkiyə səfirliyi qarşısında Türkiyə əleyhinə nümayiş keçirmək üçün İsveç polisindən icazə alıblar.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə ilə İsveç arasında münasibətlər PKK ilə bağlı vəziyyətə görə daha da gərginləşə bilər .

Qeyd edək ki, daha əvvəl Türkiyə hakimiyyəti PKK-nın Stokholmdakı aksiyasına görə İsveç parlamentinin sədri Andreas Norlenin Türkiyəyə səfərini ləğv etmək qərarına gəlib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + eighteen =