Burkina-Fasoda Fransa ordusunun çıxarılması tələbi ilə nümayiş keçirilib

Burkina-Fasoda Fransa ordusunun çıxarılması tələbi ilə nümayiş keçirilib

Burkina-Fasoda Uaqaduqu əyalətinin paytaxtında Fransa qoşunlarının Afrika ölkəsinin ərazisindən çıxarılması tələbi ilə nümayiş keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Etirazçılar Fransa əleyhinə şüarlar səsləndirib, bu ölkənin hərbi kontingentinin Burkina-Fasodan çıxarılmasını tələb edib.

Eyni zamanda nümayişdə Fransa bayraqları yandırılıb.

Bundan əvvəl 2022-ci ilin noyabr ayında Uaqaduquda analoji nümayiş vaxtı polislə toqquşma qeydə alınmışdı.

Xatırladaq ki, ötən ilin oktyabrında Burkina-Fasoya terrorçu qruplara qarşı əməliyyatlarda iştirak edən 5 mindən çox Fransa əsgəri yerləşdirilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 12 =