Tanınmış Səudiyyə müxalifləri: Amerika Səudiyyə xalqını sıxışdırmaqda Bin Salmanla əməkdaşlıq edir

Tanınmış Səudiyyə müxalifləri: Amerika Səudiyyə xalqını sıxışdırmaqda Bin Salmanla əməkdaşlıq edir

Səudiyyəli fəal və Ərəbistan Yarımadası Media Mərkəzinin direktoru Səudiyyə Ərəbistanının insan haqları sahəsində qara rekordunu vurğulayaraq, Amerikanın Səudiyyə xalqını sıxışdırmaqda Ali-Səudla əməkdaşlıq etdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanında müsbət dəyişikliklər və islahatların aparılması demək olar ki, qeyri-mümkün bir işdir.

Ali-Səud rejimi islahatları yalnız əyləncə və dini anarxiya kimi görür və xalqın hüquqlarını qoruyan demokratik Səudiyyə Ərəbistanı üçün siyasi əsasların təmin edilməsinə gəldikdə, bu məsələ Səudiyyə kralı və vəliəhd şahzadəsinin gündəmində deyil.

Səudiyyə Ərəbistanında insan haqlarının vəziyyəti daha da pisləşib, fəalların və tənqidçilərin sıxışdırılması son həddə çatıb və tənqidçilərin istənilən sözü və hərəkəti onların edamı ilə yekunlaşa bilər.

Səudiyyə Ərəbistanı daxilində siyasi və insan haqlarının vəziyyətindən xəbərdar olanlardan Ali-Səud həbsxanalarındakı siyasi məhbusların dəqiq sayı barədə soruşduqda, heç nə bilmədiklərini deyirlər.

Ədalətsiz məhkəmələr və əsassız həbslər haqqında məlumatlı olma çətin məsələdir.

Səudiyyə Ərəbistanı son vaxtlar onlarla məhbusa uzun və ağır cəzalar verib, bəzilərini bir neçə il həbs, bəzilərini isə ölüm cəzası gözləyir. Elə məhbuslar da var ki, hər an yekun hökmün çıxarılmasını və edamının intizarındadır.

Həbs olunanların adları çoxdur və edama məhkum edilənlər siyahısında ən sonuncusu Twitter, Telegram və WhatsApp-dan istifadə etdiyinə görə ölüm cəzasına məhkum edilən tanınmış Səudiyyə təbliğatçısı Şeyx İvəz Əl-Qərənidir.

  Şeyx İvəz Əl-Qərəni İslam təbliğatçısı, yazıçı və Səudiyyə universitetlərinin birində professordur.

Hüquq üzrə magistr və doktorluq dərəcəsinə malikdir. O, Abhadakı Məhəmməd Bin Səud Universitetində də dərs deyib. 2017-ci ildə həbs olunmazdan əvvəl sionist işğal rejimi və Fələstin məsələsi ilə bağlı qəti mövqelərini açıqlayıb və ərəb torpaqlarının işğalından sonra yəhudilərlə bağlı fətva verib və bildirib ki, yəhudilərin bütün mülkləri dünyanın istənilən yerində mübahdır.

Səudiyyə Ərəbistanında insan haqlarının vəziyyəti ilə bağlı Ərəbistan yarımadasının Media Mərkəzinin direktoru Məhəmməd Əl-Öməri Əhd saytına müsahibəsində Səudiyyə Ərəbistanının vəziyyətinin ərəb ölkələri arasında müstəsna olduğunu açıqlayıb.

  Səudiyyə Ərəbistanında siyasi və dini azadlığın olmaması ilə bağlı Məhəmməd Əl-Öməri Ali-Səud hökumətinin üç sütun üzərində qurulduğunu vurğulayıb. Birinci siyasi sütun hökumətin yalnız Ali-Səud üçün olması deməkdir. İkinci sütun vəhhabiliyə arxalanmaq, üçüncü sütun isə Nəcdi mədəniyyətinin hökmranlığıdır. Səudiyyə hökuməti bütün dini və məzhəb azadlıqlarını darmadağın edir və onlara təzyiqlər edir.

  Fəallara, xüsusən də İvəz Əl-Qərəniyə qarşı edam hökmlərinin verilməsinin intensivləşməsi ilə bağlı deyib: Ən son dərc edilmiş və sənədləşdirilmiş statistika Səudiyyə Ərəbistanında 61 nəfərin edam cəzasına məhkum edildiyini, o cümlədən 3 nəfərə bu hökmün oxuduğunu və onların əksəriyyətinin dinc nümayişlərdə iştirak etdiklərinə görə cəzalandırıldığını göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − six =