Dollara qarşı plan: Bu ölkələr vahid valyuta yaradırlar

Dollara qarşı plan: Bu ölkələr vahid valyuta yaradırlar

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bu həftə keçiriləcək Buenos-Ayres sammitində müzakirə ediləcək plan Braziliyanın “sur” (cənub) adlandırmağı təklif etdiyi yeni valyutanın regional ticarəti necə gücləndirə biləcəyinə və ABŞ dollarından asılılığı azaltmağa yönələcək.

Argentinanın İqtisadiyyat naziri Sergio Massa vurğulayıb: “Vahid valyuta üçün lazım olan parametrləri, o cümlədən maliyyə məsələlərindən tutmuş iqtisadiyyatın ölçüsünə və mərkəzi bankların roluna qədər hər şeyi araşdırmağa başlamaq qərarı veriləcək”.

Hər iki ölkənin siyasətçiləri bu ideyanı hələ 2019-cu ildə müzakirə ediblər, lakin o zaman Braziliyanın mərkəzi bankının müqaviməti ilə üzləşiblər.

Təşəbbüs, ilkin olaraq ikitərəfli layihə kimi həyata keçiriləcək, lakin sonradan digər Latın Amerikası ölkələrini də əhatə edəcək şəkildə genişləndiriləcək. Rəsmi açıqlamanın Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Argentinaya səfəri zamanı veriləcəyi gözlənilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 1 =