Səfir: Aİ-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi üçün yorulmadan çalışırıq

Avropa İttifaqının (Aİ) Azərbaycanda Nümayəndəliyinin açılmasından 15 il ötür.
APA xəbər verir ki, bununla bağlı Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “Twitter“də paylaşım edib.
“Bu gün Aİ-nin Azərbaycan Nümayəndəliyinin yaradılmasından 15 il ötür. Nümayəndəlik açıldığı gündən xalqın rifahı naminə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün yorulmadan çalışır”, – Aİ diplomatı deyib.
Apa.az