İrlandiya: İsrail Fələstin binalarının sistematik şəkildə dağıdılmasına görə təzminat ödəməlidir

İrlandiya: İsrail Fələstin binalarının sistematik şəkildə dağıdılmasına görə təzminat ödəməlidir

İrlandiyanın Xarici İşlər naziri sionist rejimdən Fələstində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dağılmış evlərə təzminat ödəməsini istəyib.

İRNA-nın bazar ertəsi Fələstinin Səma xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İrlandiyanın xarici işlər naziri Maykl Martin Avropa İttifaqı Xarici İşlər Nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə gəldikdən sonra, jurnalistlərə deyib:

Hesab edirəm ki, Aİ-nin fələstinlilərə və Fələstin infrastrukturuna böyük yardım göstərməyə davam etməsi məqbuldur. Lakin onun sionist rejim tərəfindən sistemli şəkildə məhv edilməsi kompensasiya tələb edir.

O, bəyan edib: Biz də hesab edirik ki, sionistlərin hazırda yaşayış məntəqələri tikintisi qəbuledilməzdir və fikrimizcə, humanitar nöqteyi-nəzərdən də rədd edilir. Bu, təxribat xarakterli hərəkətdir və iki dövlətli həllin reallaşmasına gətirib çıxarmayacaq.

Martin daha sonra vurğulayıb ki, İrlandiyanın ikidövlətli həll yolunu dəstəkləyir, lakin mövcud reallıqlar bu məqsədə nail olmağı çox çətinləşdirir.

Əvvəllər Netanyahu sionist rejimin kabinetinin formalaşdırılmasına rəhbərlik edərkən, o, kabinetinin əsas siyasətinin Hebrob, Nəqib, (işğal altında olan) Colan təpələri və İordan çayının qərb sahilinin bütün ərazilərində yaşayış məntəqələrinin inkişaf etdirilməsi olduğunu açıqlamışdı.

Digər tərəfdən, HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə qəsəbə tikintisinin günbəgün artan müqavimətlə qarşılanacağını, bu müqavimətin miqyasının genişlənəcəyini və köçkünlərin Fələstindən çıxarılması üçün bütün mümkün vasitələrlə təzyiq ediləcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + one =