Səudiyyə koalisiyası Yəmənin Əl-Hədidə şəhərinə hücum edib

Səudiyyə koalisiyası Yəmənin Əl-Hədidə şəhərinə hücum edib

Xəbər mənbələri cümə axşamı səhər bildiriblər ki, Səudiyyə koalisiyası son 24 saat ərzində Yəmənin Əl-Hədidə vilayətini hava, raket və artilleriya hücumları ilə hədəfə alıb və bu əyalətdə iddia edilən atəşkəs rejimini 61 dəfə pozub.

Yəmənin rəsmi xəbər agentliyinin (Səba) verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələrinin Əl-Hədidə əyalətindəki əməliyyat otağı Səudiyyə koalisiyasına məxsus kəşfiyyat və casus pilotsuz təyyarələrinin bu əyalətin bölgələrinin səmalarına daxil olaraq patrul xidməti həyata keçirdiklərini açıqlayıb.

Məlumata əsasən, Səudiyyə koalisiyasının raket hücumları Əl-Hədidə vilayətinin müxtəlif bölgələrində də davam edib və Səudiyyə koalisiyasının artilleriya bölməsi Heys və Əl-Cəbəliyə şəhərlərindəki əraziləri hədəf alıb.

Yəməndə təcavüzkar Səudiyyə koalisiyası tərəfindən dəfələrlə pozulan atəşkəs BMT məsləhətləşmələrindən əvvəl bir dəfə uzadılıb. Bu atəşkəsin 2 aylıq uzadılması avqustun 11-də başa çatıb və yenidən uzadıldıqdan sonra oktyabrın 10-da başa çatıb.

Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat Səudiyyə koalisiyasının atəşkəsi dəfələrlə pozması nəticəsində Yəməndə atəşkəsin demək olar ki, məhv edildiyini bildirib.

Səudiyyə Ərəbistanı BƏƏ də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın yardımı və sionist rejimin dəstəyi ilə ən kasıb ərəb ölkəsi olan Yəmənə qarşı 6 aprel 2015-cü ildən genişmiqyaslı hücumlara başlayıb..

8 il Yəmənə təcavüz edib minlərlə insanı qətlə yetirdikdən və ölkənin infrastrukturunu dağıtdıqdan sonra, bu ölkələr nəinki məqsədlərinə nail olmadılar, əksinə Yəmən silahlı qüvvələrinin raket və pilotsuz təyyarələrin onların ərazisinin dərinliklərinə endirdiyi zərbələr nəticəsində atəşkəsi qəbul etməyə məcbur oldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =