İrlandiya personal çatışmazlığından iki döyüş gəmisinin fəaliyyətini dayandıracaq

İrlandiya personal çatışmazlığından iki döyüş gəmisinin fəaliyyətini dayandıracaq

İrlandiya Hərbi Dəniz Qüvvələrinin iki gəmisi ekipajları idarə etmək üçün işçi qüvvəsi çatışmazlığı səbəbindən Holboulayn bazasında dayanacaq.

“Report” xəbər verir ki, bu barədə “The Journal” məlumat yayıb.

Qeyd olunub ki, söhbət “LE Roisin” və “LE Niamh” dəniz patrul gəmilərindən gedir. Keçən həftə Müdafiə Qüvvələrinin iclasında gəmilərin 31 yanvar tarixindən hərbi bazada lövbər salması ilə bağlı qərar qəbul edilib.

Yaxın aylarda Yeni Zelandiyadan İslandiyaya daha iki yeni dəniz gəmisi gəlməlidir və onların da hələ ekipajları yoxdur.

İrlandiya Hərbi Dəniz Qüvvələrində dörd patrul gəmisi olacaq. Onların vəzifələrinə balıqçı gəmilərinin yoxlanılması, axtarış-xilasetmə əməliyyatları və narkotik qaçaqmalçılığı ilə mübarizə daxildir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 10 =