ABŞ İsraildən “MIM-23 Hawk” HHM sistemlərini Ukraynaya verməsini istəyib

ABŞ İsraildən “MIM-23 Hawk” HHM sistemlərini Ukraynaya verməsini istəyib

ABŞ İsraildən istismardan çıxarılan “MIM-23 Hawk” orta mənzilli zenit-raket komplekslərini Ukraynaya təhvil verməsini istəyib.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Nazirliyi ABŞ-ın mövcud komplekslərin uzun müddət əvvəl anbarlara göndərib, Vaşinqtonun silahlara müntəzəm texniki xidmət göstərmək tələbini yerinə yetirməyib.

“MIM-23 Hawk” hava hücumundan müdafiə sistemi Qərb ölkələrinin silah arsenalında olan “Patriot” hava hücumundan müdafiə sisteminin sələfidir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − six =