Hizbullah sionistlərin Fələstinin Cənin düşərgəsinə vəhşicəsinə hücumlarını pisləyən bəyanat yayıb

Hizbullah sionistlərin Fələstinin Cənin düşərgəsinə vəhşicəsinə hücumlarını pisləyən bəyanat yayıb

Cümə axşamı Livan Hizbullahı sionistlərin Fələstinin Cənin düşərgəsinə vəhşicəsinə hücumlarını pisləyib və bu şəhərin sakinlərinin qəhrəmancasına müqavimətini tərifləyib.

Əl-Məyadin xəbər kanalı Hizbullaha istinadən Cenin düşərgəsi sakinlərinin və Fələstin müqavimət qruplarının sionist terrorizmə qarşı qəhrəmancasına müqavimətini təriflədiyini bildirib.

Hizbullah bu hücumları pisləyərək, işğalçı qüvvələrin terror hərəkətlərinə və Fələstin xəstəxanalarına hücumlarına ikrah ifadə edib. Öz qanları ilə Fələstinin yaxın qələbə şəfəqini formalaşdıran cəsur müqavimət qüvvələrini yüksək qiymətləndirib.

Sionist rejimin silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Cənin düşərgəsinə hücum edib və fələstinli döyüşçülərin müqaviməti ilə üzləşiblər.

Sionist “Kan” kanalının hərbi müxbiri elan edib ki, Cənində qeyri-adi əməliyyat gedir və onu birbaşa Şabak qüvvələri idarə edir.

Bəzi sionist mənbələr də iddia ediblər ki, Cenində bugünkü kütləvi əməliyyatın məqsədi İslami Cihad hərəkatının tanınmış üzvlərindən birini həbs etməkdir və bu əməliyyat Fələstin müqavimətinin işğal olunmuş Fələstində çox böyük bir əməliyyat keçirmək niyyəti barədə ətraflı məlumat verildikdən sonra baş tutub.

Sonra elan olunub ki, sionistlərin bu gün Cenin cinayətinin məqsədi İslami Cihad hərəkatının üç liderini həbs etmək və ya öldürmək olub ki, bu da doqquz fələstinlinin şəhadəti və 20 nəfərin yaralanması ilə başa çatıb. Sonra sionistlər geri çəkiliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =