Pompeo Xaşeqçinin qətlini kiçik hadisə kimi göstərməyə çalışıb: Yaxın Şərqdə bu normaldır

Pompeo Xaşeqçinin qətlini kiçik hadisə kimi göstərməyə çalışıb: Yaxın Şərqdə bu normaldır

ABŞ-ın keçmiş dövlət katibi öz xatirələr kitabında Səudiyyə rejiminin müxalifətçi səudiyyəli jurnalisti qətlə yetirməsini kiçik bir hadisə hesab edib.

ABŞ dövlət katibi Mayk Pompeo “Zərrə qədər də geri çəkilmə: Sevdiyim Amerika üçün mübarizə” adlı yeni kitabında Camal Xaşeqçinin Səudiyyə rejimi tərəfindən öldürülməsini kiçikləşdirməyə çalışıb.

Pompeo Camal Xaşeqçinin qətlini “iyrənc, qeyri-məqbul, dəhşətli, kədərli və əlbəttə ki, qanunsuz” adlandırmasına baxmayaraq, yazıb ki, bu qətl onun üçün təəccübləndirici olmayıb.

O yazırb: “Mən Yaxın Şərqdən kifayət qədər belə şeylər görmüşəm və dünyanın bu hissəsində bu cür hadisələr olduqca adi haldır.”

Kitabın qalan hissəsində Pompeo medianın Xaşeqçinin qətlinə reaksiyasını tənqid edib və bunu qeyri-mütənasib adlandırıb.

O yazıb: “Xaşeqçinin qətlinə cavab olaraq qeyri-mütənasib qlobal qəzəbin böyük hissəsi media tərəfindən qızışdırıldı və bu, Xaşeqçinin jurnalist olduğunu bildirməklə məsələni daha da çətinləşdirdi. Məsələni aydınlaşdırmaq üçün deyim ki, mən və digər məşhur şəxsiyyətlər jurnalist olduğumuz qədər, Xaşeqçi də jurnalist idi”.

Pompeo əlavə edib: “Biz bəzən yazılarımızı dərc edirik, amma başqa işlərlə də məşğul oluruq. Media “Washington Post” qəzetindəki yazıları ilə kral ailəsini cəsarətlə tənqid etdiyinə görə Xaşeqçidən Bob Vudvord yaradıb.

Pompeo yazıb: “Əslində, Xaşeqçi Səudiyyə Ərəbistanında taxt-tac uğrunda gedən müharibədə uduzan tərəfi tutan və sürgün edilməsindən narazı olan bir fəal idi. Bundan əlavə, vaxtilə New York Times qəzetinin yazdığı kimi, onun terrorçuları dəstəkləyən “İxvanul-Muslimin” təşkilatı ilə isti münasibətləri olub.

Mayk Pompeo daha sonra iddia edib ki, Xaşeqçinin Usamə bin Ladenin ölümünə görə təəssüf ifadə etməsi məsələnin göründüyündən daha mürəkkəb olduğunu göstərir.

Camal Xaşeqçi 1958-ci il oktyabrın 13-də anadan olub. O, əvvəllər “Əl-Vətən” qəzetinin redaktoru, sonra isə “Əl-Ərəb” xəbər kanalının meneceri olub.

Xaşeqçi 2017-ci ilin sentyabrında Səudiyyə Ərəbistanından qaçıb və bundan sonra Washington Post-un köşə yazarı kimi ölkəsinin bəzi siyasətlərini, xüsusən də, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı tənqid edən məqalələr dərc edib.

Camal Xaşeqçi sonuncu dəfə 2018-ci il oktyabrın 10-da Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olarkən görünüb və bundan sonra media onun yoxa çıxdığını yazıb. Bir neçə gün sonra Türkiyə rəsmiləri onun bu binada öldürüldüyünü və cəsədinin parçalandığını açıqlayıb.

Ankara Xaşeqçinin konsulluq binasına daxil olması ilə eyni vaxtda Səudiyyə Ərəbistanından 15 təhlükəsizlik işçisinin də iki reyslə İstanbula gəldiyini və qısa müddətdən sonra Türkiyəni tərk etdiyini bildirib.

ABŞ-ın hazırkı prezidenti Co Bayden hökuməti bu yaxınlarda Səudiyyə rejiminin bu tənqidçisinin qətlində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın birbaşa rolunu üzə çıxaran sənədləri dərc edib. Buna baxmayaraq, Pompeo kitabında Bin Salmanın bu qətldə heç bir rolunun olmadığını iddia edib.

O yazıb: “Aqressiv solçular bu rejimin tarixində ən böyük mədəni islahatları aparmasına baxmayaraq, Məhəmməd bin Salmana nifrət edir.

Onun dövrünün ən mühüm liderlərindən biri, dünya səhnəsində tarixi qəhrəman olması aydın olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + twenty =