İşğal olunmuş ərazilərdə hazırlıq vəziyyəti elan edilib: Polis 42 fələstinlini həbs edib

İşğal olunmuş ərazilərdə hazırlıq vəziyyəti elan edilib: Polis 42 fələstinlini həbs edib

İsrail polisi işğal altındakı ərazilərdə yüksək hazırlıq elan edərkən, işğal altındakı Qüdsdəki əməliyyatın ardından 42 fələstinlini həbs etdiyini açıqlayıb.

İşğal olunmuş Qüdsdə şəhadət əməliyyatından sonra sionist rejim polisi bu gün (şənbə günü) 42 fələstinlinin həbs olunduğunu bildirib.

İsrail polis nəzarəti departamentinin rəhbəri Yaqub Şəbtay bu gün səhər saatlarından etibarən bütün polislərin 12 saatlıq növbə ilə işləyəcəyini bildirib və işğal olunmuş ərazilərin sakinlərindən şübhəli şəxs gördükləri təqdirdə polis şöbəsinə müraciət etmələrini xahiş edib.

Cümə günü axşam saatlarında sionist mənbələr işğal olunmuş Qüdsdə atışmanın baş verdiyini, nəticədə azı 8 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını bildiriblər.

Bu şəhadət əməliyyatının icraçısı Xeyri Əlqəm sionist polisi tərəfindən təqib olunduqdan sonra şəhid edilib.

Bu əməliyyat cümə axşamı sionist rejim əsgərlərinin İordan çayının qərb sahilindəki Cənin düşərgəsinə hücum edərək 9 fələstinlini öldürdüyü və 20 nəfəri yaraladıqda n sonra baş verib.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Hazim Qasim” dünən axşam verdiyi açıqlamada işğal altındakı Qüdsdə müqavimət və anti-sionist əməliyyatlarını təbrik edib.

O, bu qəhrəmanlıq əməliyyatının Cənin şəhidlərinin qanının qisasını almaq olduğunu vurğulayıb.

HƏMAS  sözçüsü Tareiq İzzəddin də bu əməliyyatı təbrik edərək, düşmənin ancaq güc dilindən anladığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =