Livan Hizbullahı işğal altındakı Qüdsdə şəhidlik əməliyyatlarını dəstəkləyib

Livan Hizbullahı işğal altındakı Qüdsdə şəhidlik əməliyyatlarını dəstəkləyib

Livan Hizbullahı bəyanat dərc etməklə işğal altındakı Qüdsdə dünənki şəhadət əməliyyatına dəstək verib.

Bu gün (28 yanvar şənbə günü) Livan Hizbullahı işğal olunmuş Qüdsdə bir neçə sionistin həlak olması və yaralanması ilə nəticələnən dünənki şəhadət əməliyyatı ilə bağlı bəyanat yayıb.

“Əl-Məyadin”in məlumatına görə, Livan Hizbullahı bir bəyanat yayaraq, Fələstin xalqı və müqavimət qrupları ilə tam həmrəy olduqlarını bəyan edib. Həmçinin, sionistlərin davam edən təcavüzünün qarşısını almaq üçün bu cür tədbirlərin görülməsini dəstəklədiyini bildirib.

Bəyanatın davamında deyilir: “Bəzi Qərb və Ərəb hökumətlərinin ikili standartlarını və Cənində fələstinlilərin öldürülməsi ilə bağlı ortaqlıqlarını və susqunluğunu pisləyirik.”

Fələstin İslami Cihad hərəkatı da BƏƏ və Türkiyənin Qüds əməliyyatı ilə bağlı mövqelərini sionist rejimin terror hərəkətləri nəticəsində hər gün şəhid olan Fələstin xalqına xəyanət kimi qiymətləndirib.

Cümə günü axşam saatlarında sionist mənbələr işğal altındakı Qüdsdə atışmanın baş verdiyini, nəticədə azı 8 nəfərin həlak olduğunu və 5 nəfərin yaralandığını bildiriblər.

Sionist rejim polisinin yaydığı bəyanatda bu şəhadət əməliyyatının icraçısının təqib olunduqdan sonra şəhid olduğu iddia edilib.

Bu şəhadət əməliyyatı sionist rejim əsgərlərinin cümə axşamı Cənin düşərgəsinə hücumu və ən azı 9 fələstinlinin şəhadətinə cavab olaraq həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =