Səudiyyə koalisiyası Yəməndəki atəşkəsi 138 dəfə pozub

Səudiyyə koalisiyası Yəməndəki atəşkəsi 138 dəfə pozub

Xəbər mənbələri şənbə günü bildirib ki, Səudiyyə koalisiyası son 24 saat ərzində Yəmənin Əl-Hədidə əyalətini hava, raket və artilleriya hücumları ilə hədəfə alıb və bu əyalətdə iddia edilən atəşkəs rejimini 138 dəfə pozub.

Yəmənin rəsmi xəbər agentliyinin (Səba) verdiyi məlumata görə, Yəmən ordusunun və Əl-Hədidə əyalətindəki xalq komitələrinin əməliyyat otağı Səudiyyə koalisiyasının kəşfiyyat və casus pilotsuz təyyarələrinin bu əyalətin bölgələrinin səmalarına daxil olaraq patrul xidməti həyata keçirdiklərini elan edib.

Bu məlumata əsasən, Səudiyyə koalisiyasının raket hücumları Əl-Hədidə əyalətinin müxtəlif bölgələrində davam edib və Səudiyyə koalisiyasının artilleriya bölmələri də Heys və Ət-Təhita şəhərlərindəki əraziləri hədəf alıb.

Məlumatda  Səudiyyə koalisiyasının kəşfiyyat və silahlı pilotsuz təyyarələrinin 6 dəfə Heys bölgəsini hədəfə aldığını bildirib.

Yəməndə təcavüzkar Səudiyyə koalisiyası tərəfindən dəfələrlə pozulan atəşkəs BMT məsləhətləşmələrindən əvvəl bir dəfə uzadılıb. Sonra bu atəşkəsin ikinci dəfə 2 aylıq uzadılması avqustun 11-də başa çatıb və yenidən uzadılıb və oktyabrın 10-da başa çatıb.

Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşət Səudiyyə koalisiyasının atəşkəsi dəfələrlə pozması nəticəsində Yəməndə atəşkəsin demək olar ki, məhv edildiyini bildirib.

Səudiyyə Ərəbistanı BƏƏ də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın yardımı və sionist rejimin dəstəyi ilə ən kasıb ərəb ölkəsi olan Yəmənə qarşı 6 aprel 2015-ci ildən genişmiqyaslı hücumlara başlayıb.

8 il Yəmənə təcavüz edib minlərlə insanı qətlə yetirdikdən və ölkənin infrastrukturunu dağıtdıqdan sonra bu ölkələr məqsədlərinə nail olmadılar, əksinə Yəmən silahlı qüvvələrinin raket və pilotsuz təyyarələrinin onların ərazilərinin dərinliklərinə endirdiyi zərbələrdən sonra atəşkəsi qəbul etməyə məcbur oldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + nineteen =