“Qüds” əməliyyatı sionist rejimin təhlükəsizlik sisteminin zəifliyini ortaya qoydu

“Qüds” əməliyyatı sionist rejimin təhlükəsizlik sisteminin zəifliyini ortaya qoydu

Livan Hizbullahı bir neçə sionistin öldürüldüyü “Qüds” şəhadət əməliyyatına münasibət bildirib: Bu əməliyyat bir daha sionist rejimin təhlükəsizlik sisteminin zəifliyini və çatışmamazlığını ortaya qoydu.

Mehr xəbər agentliyinin “Əl Məyadin”-ə istinadən verdiyi məlumata görə, Livan Hizbullahı ötən gecə işğal altındakı Qüdsdə keçirilən əməliyyata reaksiya verib və bu əməliyyatı qəhrəmanlıq kimi qiymətləndirib.

Bu xəbərə əsasən, Hizbullahın bəyanatında deyilir: İşğal olunmuş Qüdsdəki şəhadət və qəhrəmanlıq əməliyyatı bir daha sionist rejimin təhlükəsizlik sisteminin zəifliyini, ləngliyini və çatışmamazlığını ifşa etdi.

Livan Hizbullahı əlavə edib: Bu əməliyyat sionistləri sarsıtdı və sionist mühacirlər arasında qorxu və təşviş yaratdı.

Livan Hizbullahının bəyanatının davamında deyilir: Qüdsdəki şəhadət əməliyyatı sionistlərin Cənin düşərgəsində törətdikləri cinayətə tez və qəti cavabdır. Bu əməliyyat sionist rejimin ifrat kabinetinə güclü zərbə idi.

Biz burada bəzi Qərb və Ərəb hökumətlərinin ikili standartlarını, həmçinin cənindəki cinayətlərə qarşı susqunluğunu pisləyirik.

Qeyd edək ki, ötən gecə fələstinli döyüşçünün işğal altındakı Qüdsdə keçirdiyi şəhadət əməliyyatı azı 8 sionistin ölümü, 10 nəfərin isə yaralanması ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + eight =