Ceyhun Bayramov səfirliyə hücumla bağlı İran XİN rəhbəri ilə danışdı

Ceyhun Bayramov səfirliyə hücumla bağlı İran XİN rəhbəri ilə danışdı

Publika.az xəbər verir ki, bu haqda Azərbaycan XİN məlumat yayıb.

Ceyhun Bayramov 1 əməkdaşın şəhid olduğu və 2 əməkdaşın yaralandığı İrandakı səfirliyimizə olan hücumu qətiyyətlə pisləyib və şiddətlə qınayıb.

“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək İran tərəfinin Səfirliyin binasını hər cür hücumlardan qorunmasının və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran tərəfinin vəzifəsi olduğunu qarşı tərəfə bir daha xatırlanıb.

İranın səlahiyyətli qurumları tərəfindən hücum törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, məsələnin hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qarşı tərəfdən tələb olunub.

İran xarici işlər naziri Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına baş sağlığı diləklərini çatdırıb. İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, Səfirliyimizin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb.

Saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığını, onun yüksək cəzaya məruz qalacağını bildirib. Səfirliyin yerləşdiyi ərazidən məsul olan İranın diplomatik polis qurumunun fəaliyyətinin araşdırıldığı qeyd edilib.

Bu hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə İran naziri tərəfindən ümid ifadə olunub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + six =