Cənub bölgəmizdə bitən qeyri-adi bitki: Yeyənin beyni daha yaxşı işləyir-Video

Cənub bölgəmizdə bitən qeyri-adi bitki: Yeyənin beyni daha yaxşı işləyir-Video

Kinkan sitrus bitkisinin yığımı başa çatmaq üzrədir.

Kinkan bitkisindən 15-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Fermerlər məhsulun əvvəlki illərlə müqayisədə az olduğunu deyirlər. Kinkan cənub bölgəsində daha çox Astara və Lənkəranda becərilir. Kütləvi yetişdirilməsinə ötən əsrin 70-80-ci illərindən başlanılıb. Bu bitki xüsusi qulluq tələb etmir. Digər sitrus meyvələri ilə müqayisədə, daha tez, yəni əkildikdən 2 il sonra bar verir. Ağaclar yaşa dolduqca isə daha da məhsuldar olur. Hər bir ağacdan orta hesabla 10-15 kiloqram məhsul əldə edilir.

Ötən il kinkan məhsulunu bağlardan kilosunu 1,60-1,80 qəpik alırdılarsa, bu il 2,50-3 manata satılır. Lakin məhsul az olduğu üçün fermerlər yaxşı gəlir əldə edə bilmədiklərini deyirlər.

Dadı portağalı xatırladan və C vitamini ilə zəngin olan kinkandan şəkərli diabetdən və təzyiqdən əziyyət çəkən insanlar istifadə edərkən müsbət nəticələr ala bilirlər. Şərqdə kinkanın faydaları çox yüksək qiymətləndirilir. Kinkanı “dahilərin qidası” adlandırırlar ki, bu meyvə beynin fəaliyyətinə çox müsbət təsir edir. Kinkan qrip və soyuqdəymə zamanı faydalıdır, sinir sistemi üçün olduqca xeyirlidir. Depressiyalar, nevrozlar, xroniki yorğunluq sindromu zamanı yaxşı təsir edir, sakitləşdirir, gərginliyi azaldır. Bunlar kinkanın faydalarından bəziləridir. Bir sözlə, xeyrini saymaqla bitməz.

Apa.tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 4 =