“Bayern” “Siti”nin futbolçusu ilə gücləndi

“Bayern” “Siti”nin futbolçusu ilə gücləndi

Publika.az xəbər verir ki, Münhen təmsilçisi “Mançester Siti”nin müdafiəçisi Joao Kanselunu mövsümün sonuna qədər icarəyə götürüb. Bu barədə “Sky Sports” məlumat yayıb.

“Bayern” eyni zamanda, 70 milyon avroluq satınalma hüququna sahib olacaq. 28 yaşlı futbolçu artıq Münhenə yollanır. O, bu gün tibbi müayinədən keçəcək. Daha sonra “pivəçilər” onun transferini rəsmən açıqlayacaqlar.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm Premyer Liqada 17 oyunda 2 qol vurub və 1 qolun ötürməsini verib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 11 =