ABŞ pilotsuz təyyarəsi Yəmənin Mərib vilayətinə hücum edib
Xəbər mənbələri ABŞ pilotsuz təyyarələrinin Yəmənin şimal-şərqindəki neftlə zəngin Mərib əyalətinə hücum etdiyini bildirib.
İRNA-nın məlumatına görə, Sputnik xəbər agentliyi Yəmənin Mərib əyalətindəki yerli mənbəyə istinadən çərşənbə axşamı elan edib ki, ABŞ hərbi pilotsuz təyyarəsi Yəmənin şərqindəki Ubeydə düzənliyində Əs-Səmədə bölgəsində yanacaqdoldurma məntəqəsində dayanarkən bir avtomobili vurub.
Bu mənbənin məlumatına görə, hücumda “Əl-Qaidə” terror şəbəkəsinin yüksək səviyyəli liderlərindən olan Həsən Əl-Xəzrəmi və onun qardaşı öldürülüb.
Bu mənbə əlavə edib: Bu, son iki ayda ikinci hücum idi. Keçən noyabrın 30-da Əl-Həzrəminin yaşadığı Mərib şəhərinin şərqindəki Əl-Vadi bölgəsində yerləşən “Hədba Ali-Əvşan” məntəqəsindəki bir evə bənzər hücumda o, sağ qalmışdı.