Cənubi Asiyanın nüvə nəhəngi iqtisadi böhranla üz-üzə – Defolt gözlənilir

Cənubi Asiyanın nüvə nəhəngi iqtisadi böhranla üz-üzə – Defolt gözlənilir

Publika.az xəbər verir ki, Pakistan, rupinin kəskin ucuzlaşması, fırtınalı inflyasiya və enerji çatışmazlığı ilə böyük iqtisadi böhranın məngənəsindədir.

Məlumata görə, bu gün, yanvarın 31-də Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti Pakistan üçün həyati əhəmiyyət kəsb edən xarici nağd inyeksiyaları müzakirə etmək üçün ölkəyə səfər edəcək.

Qeyd edilir ki, baş nazir Şahbaz Şərif oktyabrda keçiriləcək seçkilər ərəfəsində əks reaksiyadan qorxaraq, BVF-nin tələb etdiyi vergi artımlarına və subsidiyaların kəsilməsinə aylarla müqavimət göstərib.

Lakin son günlərdə iflasın yaxınlaşması səbəbilə İslamabad təzyiqlərə boyun əyməyə başlayıb.

Hökumət rupi üzərində nəzarəti zəiflədib və bu, milli valyutanın rekord həddə düşməsinə səbəb olub. Ölkədə benzinin qiyməti süni şəkildə aşağı salınıb. Bu hal isə qara bazarın inkişafına yol açıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 4 =