Bu ölkəyə görə dünya nüvə müharibəsindən bir nanosaniyə uzaqdadır

Bu ölkəyə görə dünya nüvə müharibəsindən bir nanosaniyə uzaqdadır

Publika.az xəbər verir ki, bu fikri sabiq ABŞ prezidenti Ronald Reyqanın administrasiyası dövründə Ağ Evin əməkdaşı olan Pol Kreyq Roberts səsləndirib.

O hesab edir ki, ABŞ-ın Rusiya Federasiyasına qarşı yürütdüyü xarici siyasət dünyanı nüvə müharibəsi astanasına yaxınlaşdırıb.

“İyirmi ildən artıqdır ki, ABŞ prezident administrasiyaları Rusiya ilə nüvə müharibəsi ehtimalını gündəmə gətirir. Atom alimləri də öz növbəsində qiyamət saatının gecə yarısına 90 saniyə qaldığını bildirirlər. Məncə, bu, bir nanosaniyədir. Biz o yerə çatdıq ki, gələn raketlərlə bağlı bircə yanlış həyəcan siqnalı lazımdır”, – deyə Roberts bildirib.

Onun sözlərinə görə, indi nüvə müharibəsinə başlamaq üçün raketlərin yaxınlaşması ilə bağlı yalnız bir yanlış həyəcan siqnalı lazımdır.

Roberts qeyd edib ki, Bill Klinton ABŞ hökumətinin NATO-nu Rusiya ilə sərhədə yaxınlaşdırmamaq vədini pozaraq belə bir xarici siyasətin əsasını qoyub:

“Amerika 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyindən sonra Rusiyaya qarşı bir neçə təxribat törədib. Vaşinqtonun hərəkətləri Moskvanın inamını məhv edib. ABŞ NATO-nu Rusiya ilə sərhədə yaxınlaşdırmayacağı vədini pozub. ABŞ prezidentləri “soyuq müharibə”dən sonra Rusiya ilə etimad yaradan müqavilələri ləğv ediblər”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =