Rusiya Cənubi Qafqazla bağlı müzakirələrdə iştirakdan İMTİNA ETDİ

Rusiya Cənubi Qafqazla bağlı müzakirələrdə iştirakdan İMTİNA ETDİ

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nazirliyin rəsmi saytında məlumat verib.

“Rusiya tərəfi Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Beynəlxalq Cenevrə Müzakirələrinin həmsədrləri ilə 2023-cü il fevralın 3-nə planlaşdırılan görüşün Moskvada keçirilməsini yersiz hesab edib. Beynəlxalq ekspertlərin səfərləri Cenevrə formatının tam hüquqlu fəaliyyətini əvəz edə bilməz və olmamalıdır. Siqnallarımızın Brüssel, Vyana və Nyu Yorkda eşidiləcəyini gözləyirik”, – mesajda deyilir.

Moskva da hesab edir ki, həmsədrlər üçlüyü öz statusundan sui-istifadə edir, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik maraqlarını fürsətçi mülahizələr naminə qurban verir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 7 =