Amerika polisi hər iki ayağı amputasiya olunmuş qaradərilini qətlə yetirib – Video

Amerika polisi hər iki ayağı amputasiya olunmuş qaradərilini qətlə yetirib – Video

Amerikalı polis zabitləri onlardan qaçmağa çalışan əlil qaradərili kişini güllələyiblər.

Daha bir qaradərilinin polis tərəfindən zorakılıqla öldürülməsindən bir neçə həftə sonra baş verən bu hadisə Amerikada bu ölkədə hüquq-mühafizə orqanlarının strukturunda kök salmış irqçiliklə bağlı yeni mübahisələrə səbəb olub.

Amerika mətbuatı polis tərəfindən öldürülən 36 yaşlı əlilin hadisə zamanı əlində böyük bıçaq olduğunu və məlumatlara görə, səbəbsiz yerə başqa bir şəxsə hücum edərək onu yaraladığını yazıb.

Polis bildirir ki, ötən cümə axşamı Los-Ancelesin cənubunda yerləşən Hantinqton Parkında bir nəfərin bıçaqlanması xəbərini aldıqdan sonra, Entoni Lou adlı bu qaradərili şəxslə qarşılaşıblar.

Polisin Lou ilə qarşılaşdığı andan internetdə yayımlanan görüntülərdə o, məmurlar gələndə əlil arabasından düşərək onlardan qaçmağa çalışdığı müşahidə olunur. Polisin iki dəfə elektrik şokerindən istifadə edərək Lounu həbs etməyə çalışdığı, lakin buna nail olmadığı bildirilir.

Yayılan videoda iki polis əməkdaşının bu qaradərili şəxsi həbs etməyə çalışdığı görünür. Videonun bir səhnəsində Lou məmurlara tərəf dönür və görünür ki, onlara bıçaq atmaq jesti edir.

Güllələnən zaman iki zabitə daha bir polis əməkdaşı da qoşulub. Polis bildirib ki, zabitlər bıçağı onlara atacağından qorxduqları üçün ona 8 dəfə atəş açıblar.

Atışmadan sonra məmurlar Lounun yanına gedərək, onu arxadan qandallayıblar.

Lounun ailə üzvləri Hantinqton Parkı Polis Departamentinin qarşısında keçirilən mətbuat konfransında bildiriblər ki, o, ayaqlarının amputasiyası ilə nəticələnən son qəzadan narahat idi və məmurlar üçün ciddi təhlükə yarada bilməzdi.

Lounun hər iki ayağı dizdən amputasiya edilmişdi.

Qaradərilinin anası deyib: “Oğlum qətlə yetirildi.”

Los Anceles Şerif Departamenti atışma ilə bağlı araşdırma apardığını bildirib. Bu hadisədə iştirak edən 3 polisdən biri qaradərilidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 4 =