ABŞ-da silahlı hücum olub, ölən və yaralananlar var
ABŞ-ın paytaxtı Vaşinqtonda silahlı hücum olub, ölən və yaralananlar var.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, silahlı şəxs əvvəlcə avtobusda, sonra isə metro stansiyasında mübahisə etdiyi sərnişinlərə atəş açıb. İnsident nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Hücum edən şəxs digər sərnişinlər tərəfindən zərərsizləşdirilərək polis tərəfindən nəzarət altına alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Report.az