ABŞ çoxdan gözlənilən QƏRARI VERDİ: 150 km məsafədə hədəflər VURULACAQ

ABŞ çoxdan gözlənilən QƏRARI VERDİ: 150 km məsafədə hədəflər VURULACAQ

Publika.az xəbər verir ki, bu barədə adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadla “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət “Boeing” və “Saab Group” şirkətlərinin istehsal etdiyi GLSDB (Ground Launched Small Diameter Bomb) raketlərindən gedir. Onların məsafəsi 150 kilometrdir. GLSDB raketləri HIMARS qurğularından da buraxıla bilər.

Reuters yazır ki, yeni yardım paketi bu həftənin əvvəlində elan edilə bilər. Mənbələrin bildirdiyinə görə, bura həmçinin “Patriot” hava hücumundan müdafiə sistemləri, dəqiq idarə olunan hərbi sursatlar və “Javelin” tank əleyhinə raket sistemləri üçün dəstək avadanlığı daxil olacaq.

Hazırda , GMLRS raketləri Ukraynaya HIMARS qurğuları üçün verilir, uçuş məsafəsi təxminən 80 kilometrdir. Kiyev dəfələrlə ABŞ-dan təqribən 300 kilometr mənzilli ATACMS raketləri istəsə də, hələ ki, almayıb.

Yanvarın 18-də “The New York Times” qəzeti yazıb ki , ABŞ prezident administrasiyası Ukraynaya Krımda hədəfləri vurmağa imkan verəcək vəsaitlə təmin edilməsi məsələsində mövqeyini tədricən yumşaldır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 7 =