Məğriblər işğalçılarla normallaşmaya qarşı nümayiş keçirib və Fələstin məsələsinə dəstək verib

Məğriblər işğalçılarla normallaşmaya qarşı nümayiş keçirib və Fələstin məsələsinə dəstək verib

Məğrib fəalları Fələstin məsələsi ilə həmrəylik elan etmək və “Fələstinlilərin sionist cinayətkarların əli ilə hər gün öldürülməsinə” etiraz etmək məqsədilə nümayiş keçiriblər.

Nümayişçilər 2020-ci ilin sonunda Məğrib və sionist rejim arasında münasibətlərin normallaşmasını pisləyiblər.

Məlumata görə, onlar əllərində Fələstin bayrağı və Cənin soyqırımı şəhidlərinin şəkillərini tutaraq, sionistlələ normallaşmaya və Fələstin idelına xəyanətə qarşı şüarlar səsləndiriblər.

Bu nümayiş Fələstin məsələsini dəstəkləyən iki tanınmış qrupun, yəni “Fələstinə dəstək və normallaşmaya qarşı Məğrib Cəbhəsi”, “Fələstin üzrə Milli İşçi Qrupu”nun dəvəti ilə keçirilib.

“Fələstinə Dəstək Məğrib Cəbhəsi” bəyanat yayaraq, “işğalçı rejimin Fələstin millətinə qarşı bütün irqçi və faşist qərarlarını pislədiyini bildirib və fələstinli qrupları Fələstin xalqının qanuni hüquqlarını müdafiə etmək üçün birləşməyə çağırıb.

Məğrib Ədalət və İnkişaf Partiyası bu ölkədə “Nəqib rəhbərlərinin 2-ci Konfransı”nın keçirilməsinə qarşı olduğunu açıqlayarkən, Məğribin bütün qüvvə və qruplarından, bütün azadlıq mübarizlərindən Fələstin xalqını müdafiə etmək üçün daha hazırlıqlı və sayıq olmağı xahiş edib.

 Onlar uzlaşmanı ləğv edənə və sionist rejimlə güzəştə getməyi cinayət hesab edən qanun qəbul etməyənə və bütün sionistləri ölkədən qovmayana, həmçinin, Məğrib hökumətinin ev sahibliyi etdiyi 2-ci Nəqib konfransının keçirilməsini dayandırmağana qədər dayanmayacaqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =