Çinin kəşfiyyat hava şarı ABŞ-ın ciddi narahatlığına səbəb olub

Çinin kəşfiyyat hava şarı ABŞ-ın ciddi narahatlığına səbəb olub

Pentaqon ABŞ-ın səmasında Çinin kəşfiyyat hava şarını müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin mətbuat katibi Patrik Rayder məlumat verib.

Onun sözlərinə görə, son bir neçə ildə belə cihazların istifadəsi qeydə alınıb:

“ABŞ səlahiyyətliləri, o cümlədən Şimali Amerika Birgə Aerokosmik Müdafiə Komandanlığı, hava şarının hərəkətini izləməyə davam edir. Hava şarı hazırda əhəmiyyətli dərəcədə yüksək hündürlükdə hərəkət edir və yerdəki insanlar üçün heç bir hərbi və fiziki təhlükə yaratmır”.

Pentaqon vurğulayıb ki, Çinə aid olan ABŞ materikinin üzərində sabitlənmiş kəşfiyyat hava şarını vurmaq təhlükəlidir.

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti isə bildirib ki, Çin ölkəyə casus hava şarı göndərməklə ABŞ-ın milli suverenliyinə məhəl qoymur və buna görə prezident administrasiyasından qanunvericilər üçün brifinq istəyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − seven =