Sudan Xalq Konqresi Partiyası sionist rejimlə əlaqələrin normallaşdırılmasını pisləyib

Sudan Xalq Konqresi Partiyası sionist rejimlə əlaqələrin normallaşdırılmasını pisləyib

Sudan Xalq Konqresi Partiyası işğalçı rejimlə münasibətlərin normallaşdırılması ilə bağlı son razılaşmalara cavab olaraq sərt bəyanatla çıxış edib.

Sudan Xalq Konqresi Partiyası bəyanat yayaraq, medianın keçid hökumətinin bəzi ünsürlərinin Sudanın sionist düşmənlə münasibətlərinin normallaşdırılması istiqamətində səyləri və yanaşması barədə xəbərlər dərc etdiyini açıqlayıb.

Belə bir addım Keçid Suverenlik Şurasının bəzi liderlərinin Sudan xalqının qəhrəman Fələstin xalqına və onun qanuni hüquqlarına dəstək mövqeyinə məhəl qoymamaq cəhdinin uğursuzluqla nəticələndiyi bir vaxtda atılıb.

Sudan Xalq Konqresi Partiyası vurğulayıb ki, sionist rejimlə münasibətləri normallaşdırmaq cəhdi demokratik keçidə nail olmaq və xalq hakimiyyətini bərqərar etmək üçün rəsmi tələb və tənzimləmələrlə ziddiyyət təşkil edir.

Bu səylər səmərə verməyəcək və məqsəd sionist düşmən və müttəfiqlərinin dəstəyi ilə Sudanın hərbi idarəçilik altında qalmasıdır.

Bəyanatda bildirilir ki, keçid hökumətinin fundamental və həlledici məsələlərdə mövqe sərgiləmək hüququ yoxdur. Çünki onun əsas vəzifəsi hakimiyyətin xalqın seçdiyi legitim hakimiyyətə keçməsi üçün zəmin yaratmaqdır.

Məlumata görə, İsrailin xarici işlər naziri Eli Kohen dünən bir nümayəndə heyətinin başında Xartuma gəlib və Sudanın hakim şurasının rəhbəri ilə görüşüb.

Bu görüşdən sonra o, Tel-Əvivin Xartumla münasibətləri normallaşdırmaq üçün razılığa gəldiyini açıqlayıb.

Bununla bağlı Sudanın Xarici İşlər Nazirliyi də bəyanatında İsraillə münasibətlərin normallaşdırılmasına dair razılığın əldə edildiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 2 =