Bakıda 73 min manatlıq oğurluq olub
Bakının Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
BAKU.WS