Sionist hərbçilər İordan çayının qərb sahilinə hücumu edib və fələstinlilərlə qarşıdurma yaşanıb
Fələstin mediası sionist hərbçilərin İordan çayının qərb sahilinin cənubuna hücumu və fələstinli gənclərlə qarşıdurma barədə məlumat yayıb.
Sionist qüvvələrin bu cümə səhəri Yerixo şəhərinə hücum etməsi Əqəbə Cəbr düşərgəsinin girişi yaxınlığında fələstinli gənclərlə münaqişəyə səbəb olub.
Fələstinli gənclər gözyaşardıcı qaz atıblar, lakin heç kim xəsarət almayıb.
Bu mənbələr işğalçı qüvvələrin bu münaqişədə fələstinli döyüşçülər tərəfindən atəşə tutulduğunu da bildiriblər.
“Fələstin Əl-Yəvm” saytının məlumatına görə, Əl-Əqsa bölmələri də bəyanat verərək cümə axşamı gecə saat 11:44-də Yerixo şəhərinə hücum zamanı sionist rejim əsgərlərini birbaşa atəşə tutduqlarını açıqlayıb.
Məlumata görə, bu hadisədən sonra sionist əsgərlər Əqəbə Cəbr düşərgəsinin cənub bölgəsində işıqlandırma bombaları atmağa başlamış və kvadrokopterlər uçurmuşlar.
Sionist əsgərlər artıq altıncı gündür ki, şəhərin girişində hərbi maneələr və beton blokları yerləşdirməklə Yerixo şəhərini mühasirəyə alıblar və Fələstin vətəndaşlarının avtomobillərini yoxlayırlar.