Səudiyyə koalisiyası Yəməndə atəşkəsi 85 dəfə pozub

Səudiyyə koalisiyası Yəməndə atəşkəsi 85 dəfə pozub

Bazar günü səhər xəbər mənbələri bildiriblər ki, Səudiyyə koalisiyası son 24 saat ərzində Yəmənin Əl-Hədidə əyalətini hava, raket və artilleriya hücumları ilə hədəfə alıb və bu əyalətdə iddia edilən atəşkəs rejimini 85 dəfə pozub.

Əl-Məsirə-nin verdiyi məlumata görə, Yəmən ordusunun və Əl-Hədidə əyalətindəki xalq komitələrinin əməliyyat otağı Səudiyyə koalisiyasının kəşfiyyat və casus pilotsuz təyyarələrinin bu əyalətin bölgələrinin səmalarına daxil olaraq patrul xidməti həyata keçirdiklərini açıqlayıb.

Məlumata görə, Səudiyyə koalisiyasının raket hücumları Əl-Hədidə əyalətinin müxtəlif bölgələrində davam edib və Səudiyyə koalisiyasının artilleriya bölməsi də Heys şəhərindəki əraziləri hədəf alıb.

Həmçinin, Səudiyyə koalisiyasının kəşfiyyat və silahlı pilotsuz təyyarələri 11 dəfə Heys və Cəbəliyyə bölgələrini hədəfə alıb.

Yəməndə təcavüzkar Səudiyyə koalisiyası tərəfindən dəfələrlə pozulan atəşkəs BMT məsləhətləşmələrindən əvvəl bir dəfə uzadılıb. Bu atəşkəsin 2 aylıq uzadılması avqustun 11-də başa çatıb və sonra yenidən uzadılıb.

Bundan əvvəl Yəmən baş nazirinin müdafiə və təhlükəsizlik üzrə müavini general-mayor Cəlal Ər-Royşan demişdi ki, biz millətin və hakimiyyətin birliyinə güvənirik.

Həmçinin, Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat Səudiyyə koalisiyasının dəfələrlə pozması nəticəsində Yəməndə atəşkəsin demək olar ki, pozulduğunu bildirib.

Səudiyyə Ərəbistanı BƏƏ də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın yaşıl işığı və sionist rejimin dəstəyi ilə ən kasıb ərəb ölkəsi Yəmənə qarşı 6 aprel, 2015-ci ildən genişmiqyaslı hücumlara başlayıb.

7 il Yəmənə təcavüz edib minlərlə insanı qətlə yetirdikdən və ölkənin infrastrukturunu dağıtdıqdan sonra bu ölkələr nəinki məqsədlərinə nail olmadılar, əksinə Yəmən silahlı qüvvələrinin raket və pilotsuz təyyarələrinin onların ərazisinin dərinliklərinə endirdiyi zərbələrdən sonra atəşkəsi qəbul etməyə məcbur oldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 3 =