Pakistanda partlayış olub, 1 hərbçi ölüb, 13 nəfər yaralanıb

Pakistanda partlayış olub, 1 hərbçi ölüb, 13 nəfər yaralanıb

Pakistanın cənub-qərbində, Kvetta şəhərində nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 13 nəfər yaralanıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Məhəmməd Xan bildirib.

Məlumata görə, Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində yerləşən Musa Xan nəzarət-buraxılış məntəqəsində hərbçilərin avtomobilində törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, əksəriyyəti mülki sakin olmaqla 13 nəfər yaralanıb.

Terrorun məsuliyyətini “Təhrik-e-Taliban Pakistan” üzərinə götürüb.

Hadisəni terrorçu-kamikadzenin törətdiyi bildirilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 5 =