Peruda fövqəladə vəziyyətin müddəti uzadılıb
Peruda insan ölümü ilə nəticələnən etiraz aksiyalarına görə fövqəladə vəziyyətin müddəti uzadılıb.
APA-nın xəbərinə görə, bu barədə ölkənin “Rəsmi Qəzeti” məlumat verib.
Bildirilir ki, fövqəladə vəziyyət rejimi daha 60 gün uzadılıb. Fövqəladə vəziyyət tətbiq edilən regionların da sayı artırılıb.
Qərar paytaxt Lima və liman şəhəri olan Kalyaoya şamil edilmir. Sözügedən şəhərlərdə fövqəladə vəziyyət rejimi gələn həftə başa çatacaq.
Apa.az