BMTM: “Çexiyanın “yaşıl” enerji sahəsində təcrübəsi Azərbaycan üçün faydalı ola bilər”

BMTM: “Çexiyanın “yaşıl” enerji sahəsində təcrübəsi Azərbaycan üçün faydalı ola bilər”

“Çex Respublikası “yaşıl” enerji sahəsində böyük təcrübəyə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq oluna biləcək kifayət qədər bilik və texnologiyalara malikdir”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş elmi işçisi Şahmar Hacıyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

“Pandemiya iki ölkə arasında 2021-ci ildə 300 milyon ABŞ dolları təşkil etmiş ticarət dövriyyəsinin həcminə öz təsirini göstərib, lakin bu il onun artacağına ümid edirik”, – Ş.Hacıyev bildirib.

O, ölkələr arasında enerji sahəsində əməkdaşlığı xüsusi qeyd edib: “Çexiyanın idxal etdiyi neftin 25 faizi Azərbaycanın payına düşür”.

Ş.Hacıyev əlavə edib ki, Çex Respublikası hazırda tədarükünü şaxələndirməyə və Rusiya qazından asılılığını azaltmağa çalışır: “Əgər əvvəllər Çexiyanın Rusiya qazından asılılığı 87 faiz təşkil edirdisə, 2022-ci ilin sonunda bu göstərici cəmi 4 faiz olub”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =