Kəlbəcər dağlarından gələn atəş səsləri nədən xəbər verir?

Kəlbəcər dağlarından gələn atəş səsləri nədən xəbər verir?

Kəlbəcərdə dağlarından gələn bu atəş səsləri şanlı ordumuzun döyüş hazırlığı təlimlərinin səsidir.

Bu dağlarda vətəni qoruyan şanlı ordumuzun komando təlimi dağlıq ərazilərdə, çətin relyefi olan yerlərdə baş tutub.

Təlimlər əsasən komanda bölmələrin hərəkət fəaliyyəti üzrə keçirilib. Təlimdə iştirak edən şəxsi heyət mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarını, mühəndis təminatı üzrə tapşırıqları yerinə yetiriblər.

Hərbi qulluqçular təlim sahələrində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Komanda bölmələri döyüş sahəsində taktiki fəaliyyətləri, piyada yürüşün keçirilməsi, irəliləmə üsulları, düşmənlə qarşılaşma zamanı hərəkət tərzləri və piyada yürüşü zamanı düşmən ərazisini müşahidə etmə təlimi keçiblər.

Bundan əlavə təlimdə iştirak edənlərə təhlükəli bölgələrdə fəaliyyət, pusqunun qurulması və pusqudan çıxma, sızma və təxribatlara qarşı mübarizə aparmaq üsulları öyrədilib.

Həmçinin təlimdə iştirak edən əsgərlər bilik və bacarıqlarını artırıblar.

Şəxsi heyət sərt dağlıq-meşəlik ərazilərdə taktiki fəaliyyətləri, yaralanma və qanaxmalar zamanı ilk tibbi yardımın göstərilməsi, minalanmış sahələrdən, digər mühəndis maneələrindən keçmə üsullarını praktiki olaraq sınaqdan keçirib.

Bu dağlarda vətənin keşiyində duran qeyrətli oğullar üçün yüksək səviyyədə məişət şəraiti yaradılıb.

Qeyd edək ki, komanda təlimləri yanvarın 5-də başlayıb. Təlimə quru qoşunların şəxsi heyəti qatılıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =