Qərb Sahilinin şimalında qarşıdurma baş verib: İki fələstinli yaralanıb

Qərb Sahilinin şimalında qarşıdurma baş verib: İki fələstinli yaralanıb

Fələstin mənbələri İordan çayının qərb sahili və Qüdsdə Fələstin xalqının sionist rejimə qarşı müqavimət əməliyyatlarının artdığını xəbər verib. Bu səhər sionist rejim əsgərləri Nablusun şərqində Fələstin xalqı ilə toqquşub.

Son günlər Qüds və İordan çayının qərb sahilində sionist rejim hərbçiləri ilə Fələstin xalqı arasında qarşıdurma artıb.

Fələstin qəzetinin internet saytı yazıb ki, İordan çayının qərb sahilində ötən gün son 24 saat ərzində sionist rejimə qarşı on səkkiz müqavimət əməliyyatı həyata keçirilib və bu səhər fələstinli mənbələr iki fələstinlinin yaralandığını açıqlayıb.

İordan çayının qərb sahilində nəşr olunan “Əl-Qüds” qəzeti öz xəbər saytında yazıb: İordan çayının qərb sahilinin şimalında, Nablusda bu səhər İsrail işğalçılarının atəş açması nəticəsində iki fələstinli yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, güllə yaralılardan birinin qulağının arxasından girərək ağzından çıxdığı üçün onun vəziyyəti ağırdır.

Ürəyi və nəfəsi bir anlıq dayansa da, xəstəxanaya və reanimasiyaya köçürüldükdən sonra yaralı özünə gəlib.

Bu məlumata əsasən, daha bir fələstinli sağ əlindən yaralanıb.

Bu səhər sionist rejim əsgərləri Nablusun şərqində (İordan çayının qərb sahilinin şimalında), xüsusilə Bəlatə düşərgəsi və onun ətrafı və həzrət Yusifin (ə) məqbərəsi yaxınlığında toplaşıb və bundan sonra onlarla fələstinli gənclər arasında silahlı qarşıdurma baş verib.

Son iyirmi dörd saat ərzində İordan çayının qərb sahilində və Qüdsdə təxminən on səkkiz müqavimət əməliyyatı keçirilib.

Yeddi əməliyyat atışma və partlayıcı maddələrin işə salınması, doqquzu isə toqquşmadan ibarət olub.

Qüds Qələndiyyə və Şuəfat düşərgələrində də toqquşmaların şahidi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 18 =