İskəndərun limanında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

İskəndərun limanında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

Türkiyənin İskəndərun limanında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərazidə vaxtaşırı partlayış səsləri eşidilir.

Yanğının söndürülməsinə Türkiyə Milli Müdafiə Nazirliyinin bölmələri cəlb edilib.

Xatırladaq ki, fevralın 6-da baş vermiş zəlzələdən sonra Türkiyənin İskəndərun limanında güclü yanğın baş verib. Alov yüzlərlə yük konteyneri arasında sürətlə yayılıb. Zəlzələ nəticəsində infrastrukturu zədələndiyindən hazırda limanın fəaliyyəti dayandırılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − fifteen =