Baydeni fitə basdılar

Baydeni fitə basdılar

Publika.az xəbər verir ki, Bayden Respublikaçılar Partiyasını iqtisadiyyatı “girov” almaq istəməkdə də günahlandırıb.

“Respublikaçı dostlarımdan bəziləri iqtisadiyyatı girov götürmək istəyir” deyib ABŞ prezidenti.

Onun çıxışı zamanı deputatlar əllərini yelləyib, başlarını bulayıblar. Xüsusilə, Corciyadan olan deputat Marjorie Taylor Green Baydenin çıxışı zamanı baş barmağını aşağı çevirərək onu bəyənməməyə çağırıb.

Bayden çıxışı zamanı ABŞ-ın NATO -nu birləşdirdiyini və Rusiyanın Ukraynadakı Xüsusi Hərbi Əməliyyatına (SVO) qarşı çıxmaq üçün koalisiya qurduğunu bildirib .

Amerika lideri, həmçinin bildirib ki, yüksək inflyasiya koronavirus pandemiyası və Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı səbəbindən qlobal problemə çevrilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 16 =