İnqilabın Rəhbəri: Bu ilki 22 Bəhmən xalqın ləyaqətinin və milli birliyinin təzahürüdür

İnqilabın Rəhbəri: Bu ilki 22 Bəhmən xalqın ləyaqətinin və milli birliyinin təzahürüdür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Hərbi Hava Qüvvələrinin komandanları və əməkdaşları ilə görüşündə deyib: Bu il 22 Bəhmən inşallah, insanların hüzurunun, xalqın izzətinin, insanların bir-birinə inamının və milli birliyin təzahürüdür.

H.ş. 1357-ci ildə bir qrup ordu komandirləri və hərbi hava qüvvələrəi əməkdaşlarının İmam Xomeyni (r.ə) ilə tarixi beyətinin ildönümünə təsadüf edən 19 Bəhməndə İnqilab Rəhbəri Ayətullah Xamenei Ordunun hava qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin bir qrup komandir və əməkdaşı ilə bu gün səhər (çərşənbə) görüş keçirib.

İnqilab Rəhbəri görüşdə vurğulayıb: Mənim xalqa tövsiyəm budur ki, 22 Bəhmən yürüşünü, bu böyük günü, bu möhtəşəm hərəkatı milli birliyin təzahürünə çevirməyə çalışsınlar və bu mesajı düşmənə açıq şəkildə çatdırsınlar ki, onun milli birliyi məhv etmək səyləri uğursuzluqla nəticələnəcək.

Görüşdəki məqamlardan bəzilərinə toxunuruq:

H.ş. 1357-ci il 19 Bəhmən hadisəsi İslam İnqilabının qələbəsi üçün təsirli bir müqəddimə oldu. Bu hadisə sürətlə əks olunduğuna görə dalğalar yaratdı və insanlar bundan ruhlandı, qarşı tərəf də ruhdan düşdü.

H.ş. 1357-ci il 19 Bəhmən hadisəsi hərəkatın qələbəsi, inqilabın əməli və real zühuru üçün təsirli bir hadisə oldu. Bu hadisə təkcə o gün inqilabın mühüm liderini qarşılamağa, məsələn, Hərbi Hava Qüvvələrindən bir qrup gəncin gəlməsindən ibarət deyildi.

Bu, inqilabın özünün qələbəsinə təsir edən bir addım idi. Niyə? Çünki təlatüm və dalğa yaratdı.

Onun dalğa yaratmasının səbəbi tez əks olunması idi. Bu hadisədən iki-üç saat və ya üç-dörd saat sonra Tehranın həmin gün çıxan “Əsr” qəzeti hadisənin şəklini dərc etdi və birdən vəziyyət xeyli dəyişdi. Digər tərəfdən, xalq ruhlandı, ordunun onlara qarşı olmadığını hiss etdi.

Çünki mənfur və qəddar Pəhləvi rejiminin yeganə vasitəsi xalqı ordunun köməyi ilə sıxışdırmaq idi.

İnsanlar gördü ki, xeyr, ordu onun tərəfindədir, xalqın yanında və inqilabın tərəfindədir. Onlar bu məsələdən ilham aldılar. Digər tərəfdən, qarşı tərəf ruhiyyəsini itirdi.

19 Bəhmən 1357-ci ildə Hərbi Hava Qüvvələri gənclərinin cəsarətli hərəkatı gələcək yeni ordunun nümunəsi oldu, ordunun xalqın yanında olmalı olduğunu və inqilabçı olaraq qaldığını göstərdi.

19 Bəhmən hadisəsi zamanı nəticənin necə olacağı bəlli deyildi.

İşlərin daha bir-iki ay davam etməsi də mümkün idi.

Hərbi Hava Qüvvələrinin bu gəncləri nəticənin necə olacağını bilmirdilər, riskə getdilər, cəsarət göstərdilər və gəldilər.

Təbii ki, o günün təcavüzkarları Amerika agentləri və Pəhləvi hökumətinin agentləri idi. Sonradan başqa təcavüzkarlar da tapıldı və ordu onların hamısına qarşı sinəsini sipər etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − eleven =