Türkiyədə zəlzələdə ölənlərin sayı 14 mini ötüb, 64 794 isə yaralanıb – YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 mini ötüb, 64 794 isə yaralanıb – YENİLƏNİB

“Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 014 nəfərə çatıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə çıxışında deyib.

O bildirib ki, 64 794 nəfər isə yaralanıb: “Axtarış-xilasetmə tədbirləri davam edir”.

***10:01

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

***07:36

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Həmçinin zəlzələ baş verən 10 şəhərdə 3 aylıq fövqəladə vəziyyət elan olunub.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =