Monrealda avtobus uşaq bağçasına çırpılıb, ölənlər və yaralananlar var

Monrealda avtobus uşaq bağçasına çırpılıb, ölənlər və yaralananlar var

Kanadanın Monreal şəhərində sərnişin avtobusu uşaq bağçasına çırpılıb.

“Report” “CTV News”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 uşaq həlak olub, 6 azyaşlı isə yaralanıb.

Bildirilib ki, avtobusun 51 yaşlı sürücüsü saxlanılıb. O, adamöldürmə və nəqliyyat vasitəsini təhlükəli sürməkdə ittiham olunur.

Region rəhbərliyi ölən və yaralananların dəqiq yaşını açıqlamayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + seventeen =