Külək Bakı məktəbində təhlükə yaratdı

Külək Bakı məktəbində təhlükə yaratdı

Bakıda külək məktəb həyətindəki söhbətgahın dam örtüyünü uçurub.

BAKU.WS-in xəbərinə görə, hadisə Nizami rayonunda yerləşən 272 nömrəli tam orta məktəbdə baş verib.

Məlumata görə, hadisəyə ölkə ərazisində qeydə alınan küləkli hava şəraiti səbəb olub.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tapşırıqlar verilib. Belə ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillər olduğu qeyd olunub.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 18 =